"İQNA", "Əxbarul-yəvm"-ə istinadən xəbər verir ki, Mahmud Xalid "Sabahəl-Xeyr və ya Misir" proqramına müsahibəsində deyib: "Bu müsabiqə üç gün ərzində Kazan şəhərində (Tatarıstanın paytaxtı) keçirilib.Müsabiqənin qaliblərinin mükafatları dördüncü gündə təqdim olunub".
O, əlavə edib ki, biz bu müsabiqədə güclü yarışlar gördük və iştirakçılar bir-birinə yaxın idi. Müsabiqənin birincisi Çeçenistan təmsilçisi olub.
Misirli tələbə Quran fəaliyyəti ilə bağlı deyib ki, mən üç yaşından kəndimdəki məktəbdə Quranı əzbərləməyə başladım, 10 yaşıma kimi isə bütün ayələri əzbərləməyi bacardım.
4060385