IQNA

Hollandiya məscidləri qeyri-müsəlmanları qəbul edib

9:10 - May 31, 2022
Xəbər sayı: 3492319
Hollandiya məscidləri İslam təlimlərini tanıtmaq və təəssübkeşlikləri aradan qaldırmaq məqsədi ilə "Açıq Qapılar Günü"ndə öz qapılarını müsəlman olmayanların üzünə açıb.

İQNA, "Anadolu" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Hollandiyanın cənubundakı məscidlər hər zaman olduğu kimi qapılarını başqa dinlərin ardıcıllarına açıb.

İslam Mərkəzinin və "Yıldız Səxidam" məscidinin rəsmiləri Hollandiyaya gələn müsəlman olmayan bir qrup ziyarətçi ilə görüşüblər.

Mərkəzin direktoru Zəkəriyyə Budak hollandiyalı ziyarətçilərə İslam təlimləri haqqında izahat verib. Onun məqsədi Qərbdə müsəlmanlara və İslama qarşı hər cür qərəzi aradan qaldırmaqdır.

İslam Mərkəzinin qonağı olan Rapp Yberlan Anadoliyə verdiyi müsahibədə deyib ki, bu məscidə ilk gəlişimdir. Məscid haqqında daha çox bilmək mənə maraqlı idi, ona görə buradayam. Məscidə qarşı təsəvvürüm tamam başqa idi, amma mən onu çox gözəl bir yer gördüm.

Meril Van der Wart deyib ki, mən əvvəllər bir çox məscidləri ziyarət etmişəm, lakin bu İslam mərkəzinə ilk səfərimdir. Məqsədim İslam təlimləri ilə daha yaxından tanış olmaqdır.

4060813

captcha