"İQNA", Livandan xəbər verir ki, Seyyidətün-Nisail-Aləmin müəssisələri 29 may 2022-ci il bazar günü öz tələbələri üçün məzuniyyət mərasimi keçiriblər.
Bu mərasim Bəhauddin Əl-Amuli İnstitutunda İbrahim Əmin Əs-Seyyid tərəfindən keçirilib. Mərasim Əli Şərifin Quran ayələrini tilavət etməsi ilə başlayıb. Sonra tələbələr adından Əhlam Canbin və institutlarda məsul olan Zeynəb Əl-Musəvi çıxış ediblər.
Bu mərasim məzunlara sertifikatların verilməsi ilə başa çatıb.