IQNA

Zəmzəm su butulkalarının Səudiyyə Ərəbistanından çıxarılması qadağan edilib

11:59 - June 04, 2022
Xəbər sayı: 3492339
Səudiyyə rəsmiləri zəmzəm su butulkalarının ölkədən çıxışını qadağan edib.

"İQNA", "Əl-əhdul-fəzaiyyə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi məlumat yayıb ki, ölkədə mülki aviasiya baş idarəsi ölkənin hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətlərə yeni göstəriş verib. Bu qaydalara əsasən, sərnişinlərin yüklərinin içərisinə zəmzəm suyu qablarının qoyulması qadağandır.

Görünür, Səudiyyə Ərəbistanının bu hərəkəti bu ölkənin Həcc işlərini yeni sağlamlıq vəziyyətinə uyğun təşkil etmək üçün qəbul edilmiş geniş planının tərkib hissəsidir. Səudiyyə Ərəbistanı bir müddət əvvəl 65 yaşdan yuxarı insanlara Həcc ziyarətini qadağan etmişdi. Bu addım bir çox ölkə, o cümlədən İran tərəfindən geniş etirazla qarşılanmışdı.

4061650

captcha