IQNA

Kəbə yuyulub və Həcc mərasimi üçün hazırlanıb

12:01 - June 04, 2022
Xəbər sayı: 3492340
Məscidül-Həram və Məscidün-Nəbi Ümumi Müdirliyi Kəbə evinin tam yuyulub, qurudulub, gülablanıb və Həcc ziyarətinə hazırlandığını açıqlayıb.

"İQNA", "Əl-əhram"-a istinadən xəbər verir ki, Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsi bu gün mütəxəssis bir qrupdan və ən son təmizləmə texnologiyalarından istifadə edərək Kəbənin yuyulmasını başa çatdırıb.

Bu təmizlik işində əvvəlcə Kəbənin səthi tozdan təmizləndikdən sonra Kəbənin bütün yerləri, divarları, damı və qapısı nəm bir parça ilə təmizlənib.

Məscidül-həramın və Peyğəmbər (s) məscidinin mühafizəsi üzrə xidmətlər, sahə işləri və araşdırmalar nazirinin müavini Məhəmməd ibn Müslih Əl-Cabiri deyib ki, Kəbənin səthinin təmizlənməsi vaxtaşırı və müəyyən qrafikə uyğun və mütəxəssislər tərəfindən aparılır.

4061682

captcha