IQNA

Türkiyəli sənətkar 50 məscidi İslam memarlığı üslubunda bəzəyib

11:27 - June 05, 2022
Xəbər sayı: 3492345
Türkiyəli sənətkar 50 məscidi İslam memarlığı üslubunda bəzəyib
Səlcuqlu və Osmanlı dövrünə aid İslam memarlığı və dekorativ motivlərdən ilham alan türkiyəli rəssam öz əsərləri ilə ölkə üzrə 50 məscidi bəzəyib.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, "qravüra" adlı bəzəklə məscidlərin içini bəzəyən rəssam Mustafa Erən16 il ərzində ölkə daxilində 50-yə yaxın məscidi Osmanlı və Səlcuqlu dizaynları ilə bəzəyib.

Qravüra müxtəlif rənglərdə və qızıl yarpaqdan istifadə edərək suvaq, taxta, daş, parça, dəri kimi müxtəlif materiallar üzərində işləyən türk-islam dekorativ sənətidir.

Bu sənətçi tək işlədiyini vurğulayaraq deyib: "Məscidləri İslam bəzəkləri ilə bəzəməyin ləzzətini başqa heç nə ilə ölçmək olmaz.

4061785

captcha