"İQNA", Ərəbistanın "Əkkaz" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman ibn Əbdül-Əzizin nəzarəti altında bu ilin 7 noyabrında (12 Rəbiüssani 1444-cü il) başlayacaq və səkkiz gün davam edəcək.
Müsabiqənin təşkilat komitələrinin fəaliyyətinə start verilib. Müsabiqə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Dini İşlər Baş İdarəsi tərəfindən təşkil olunacaq.
Səudiyyə Ərəbistanında keçirilən 9-cu Beynəlxalq Hərbi Quran Müsabiqəsində iştirak etmək üçün 40-dan çox ölkə dəvət olunub. Bu yarışmaya İslam dünyasının aparıcı hakimlər heyəti nəzarət edəcək.
Bu yarışlar Korona tədbirlərinə riayət edilərək keçiriləcək.
4061965