IQNA

9:40 - June 07, 2022
Xəbər sayı: 3492357

Malidə Astan Hüseyninin beşinci Quran kursu keçirilib

Müqəddəs Hüseyni Astanının Beynəlxalq Quran Təbliği Mərkəzi Mali Respublikasındakı əməkdaşları vasitəsilə Qurani-Kərimin təcvidlə tilavəti üzrə beşinci xüsusi təlim kursunun fəaliyyətini başa çatdırıb.

Malidə Astan Hüseyninin beşinci Quran kursu keçirilib

İQNA, Müqəddəs Hüseyni Astanına istinadən xəbər verir ki,  Astan Hüseyni Quran Təbliğat Mərkəzinin Mali Respublikasındakı nümayəndəsi Şeyx Davud Cakti deyib: "Sözügedən təlim kursu bu mərkəzin Mali Respublikasındakı filialının təlim proqramı çərçivəsində keçirilib. Buraya müxtəlif səviyyələrdə və yaş qruplarından olan gəncləri cəlb edən müxtəlif Quran fəaliyyətləri daxildir.

O, əlavə edib ki, bu, dörd ay yarım ərzində Müqəddəs Hüseyni Astanının Mali Respublikasında keçirilən beşinci Quran təlimi idi. Bu müddət ərzində Mali universitetlərinin 15 tələbəsi hazırlanıb.

4062276

captcha