IQNA

"Darur-Rizvan" böyüklərin heyranlığına səbəb olan Quran məktəbidir

13:07 - June 09, 2022
Xəbər sayı: 3492373
Misirdəki Darur-Rizvan Quran məktəbi geniş fəaliyyəti və yüzlərlə Quran qarisi və hafizinin yetişdirilməsi ilə alimlərin və böyük qarilərin heyranlığına səbəb olub.

"İQNA", "Sədye Misir"-ə istinadən xəbər verir ki, Darur-Rizvan Misirdə Quran üzrə  bir çox nəsillər yetişdirmiş Quran məktəbidir.

Misirin Əl-Qəsr əyalətinin Əl-Bağdadi şəhərinin Əl-Rizvaniyyə meydanında yerləşən Darur-Rizvan Quran Elmlərinin Tədrisi üzrə Təhsil Mərkəzi Əl-Əzhərin nəzarəti altında olan Quran məktəblərindən biridir.

Məqsəd, Peyğəmbərin göstərişlərinə əməl edərək, Uca Allahın kəlamlarına əsaslanaraq asan və asanlaşdırıcı bir yanaşma ilə Quranın öyrənilməsini və öyrədilməsini yaymaqdır.

Bu mərkəz Əl-Rizvaniyyə meydanının qabaqcıllarından olan Şeyx Zeynul-Abidin Əhməd Rizvanın dəstəyi ilə yaradılıb. Onu Şeyx Zeynul-Abidin Əhməd Rizvanın nəvəsi Şeyx Hüseyn Süleyman idarə edir.

Bu mərkəz hazırda əl-Bağdadi, Ər-Rizvaniyyə və Əl-Habildə kişi və qadın Quran müəllimlərinin yetişdirilməsi üçün elmi məkana çevrilib. İndiyədək bu mərkəzdən Qurani-Kərimin 25-ə yaxın kişi və qadın hafizi məzun olub.

4062337

captcha