IQNA

Misir ləhcəsində Quran təfsiri videoları hazırlanıb

17:47 - June 16, 2022
Xəbər sayı: 3492413
Misirin İslam İşləri üzrə Ali Şurasının üzvü yerli misir dilində üç dəqiqəlik videolar şəklində “İkinci məna” şərh proqramının YouTube sosial şəbəkəsində ictimaiyyət üçün sadə və başa düşülən şəkildə yayımlanmağa hazır olduğunu açıqlayıb.

"İQNA", "Sədyul-bələd"-ə istinadən xəbər verir ki, Misirin İslam Məsələləri üzrə Ali Şurasının üzvü Şeyx Xalid əl-Cundi YouTube-da Qurani-Kərimin təfsiri üçün səhifə açmaq niyyətində olduğunu açıqlayıb.

O, Misirin "dmc" kanalında televiziya proqramında deyib ki, "ikinci məna" video bölümləri hazırlanıb. Qurani-Kərimdən bir ayə hər bölümdə üç dəqiqə qısaca təfsir edilir və 85 bölüm hazırda yayıma hazırdır.

Əl-Cundi daha sonra bu proqramın adına toxunaraq deyib ki, bu təfsirdə alimlərin ayə haqqında dedikləri eyni məna verilir. Amma fəsahətli ərəb dili hamı tərəfindən başa düşülmədiyi üçün onu Misir ləhcəsi ilə izah etdik.

4064390

Teqlər: misir ، quran ، təfsir ، məna ، video
captcha