Bağdadın qərbində yerləşən "Ər-Rəhman" məscidində yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər göndərilib.

"İQNA", xəbər verir ki, İraqın paytaxtı Bağdadın qərbində yerləşən Mənsur rayonundakı "Ər-Rəhman" böyük məscidi yanıb. Yanğın məscidin içərisində baş verib.
Yanğının qarşısını almaq üçün hadisə yerinə mülki müdafiə qrupları göndərilib.
Məscidin tikintisi 1990-cı illərin sonunda, Qərbin İraqın iqtisadi mühasirəsi fonunda başlayıb. Hindistanda Tac Mahalla rəqabət aparmaq üçün tikilən məscid müxtəlif siyasi və dini partiyalar arasında baş verən qarşıdurmalar səbəbindən hələ də tamamlanmayıb.
4064677