IQNA

Bağdadda "Ər-Rəhman" məscidində yanğın olub

9:03 - June 18, 2022
Xəbər sayı: 3492418
Bağdadın qərbində yerləşən "Ər-Rəhman" məscidində yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər göndərilib.

"İQNA", xəbər verir ki, İraqın paytaxtı Bağdadın qərbində yerləşən Mənsur rayonundakı "Ər-Rəhman" böyük məscidi yanıb. Yanğın məscidin içərisində baş verib.

Yanğının qarşısını almaq üçün hadisə yerinə mülki müdafiə qrupları göndərilib.

Məscidin tikintisi 1990-cı illərin sonunda, Qərbin İraqın iqtisadi mühasirəsi fonunda başlayıb. Hindistanda Tac Mahalla rəqabət aparmaq üçün tikilən məscid müxtəlif siyasi və dini partiyalar arasında baş verən qarşıdurmalar səbəbindən hələ də tamamlanmayıb.

4064677

Teqlər: bağdad ، məscid ، yanğın ، İraq ، Tac Mahal
captcha