IQNA

Həyatın çətinlikləri, mənəvi inkişaf üçün bir fürsətdir

16:58 - June 19, 2022
Xəbər sayı: 3492428
Allah bəndələrinin imanını müsibət və problemlər baş verəndə sınayar. İnsan çətinliklər qarşısında nə qədər səbirli olarsa, bir o qədər mənəvi məqamı artar və Allaha bir o qədər yaxınlaşar.

"İQNA", xəbər verir ki, Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Mirzai, ayələr və hədislər bəhsində deyib:

"(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona) səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm, -dedi. (İbrahim isə) nəslimdən necə? - deyə soruşdu. (Allah onun cavabında) (sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar, - buyurdu". (Bəqərə, ayə 124).

Bu ayə ilahi sınaqlarla insanın yüksək mənəvi məqamlara çatması arasındakı əlaqəyə işarə edir. Həmçinin bizə ən böyük ilahi peyğəmbərlərdən biri olan İbrahimdən (ə) böyük ibrət dərsi verir. Bütün insanların, xüsusən də möminlərin həyatı problemlər, müsibətlər və sıxıntılarla doludur. Allah bu müsibət və əzablarla bəndələrinin imanını imtahana çəkir. Müsəlmanın həyatındakı hər bir çətinlik və problem bir imtahandır. Bir millət sanksiyalar və iqtisadi blokada ilə sınaqdan keçirilə bilər. O cəmiyyətin üzvlərinin, hökmdardan, vəzirdən, səfirdən və müdirdən tutmuş, sadə camaata qədər hər birinin öz vəzifə və vəzifəsinə görə öz imtahanı var. İnsan bu problemlərə, vəsvəsələrə, sınaqlara müqavimət göstərdiyi və dözdüyü qədər, bu sınaqlardan başı uca çıxır. Nə qədər çox sınaqdan keçirsə və nə qədər çox müqavimət göstərsə, bir o qədər mənəvi səlahiyyətləri artır və Allaha bir o qədər yaxınlaşır.

Həyat heç vaxt problemsiz keçmir. Mömin həyatında baş verən sınaq və müsibətlərə nikbin baxmalı, onları tərəqqi və inkişaf fürsəti kimi görməlidir. Allah heç kəsə çətinlik çəkmədən peyğəmbərlik və imamət məqamını verməz. Bu məqam yalnız onun seçilmiş və sərt ilahi imtahanlardan keçmiş şəxsləri üçündür. Necə ki, İslam Peyğəmbəri (s) buyurur: "Heç bir peyğəmbər mənim qədər əziyyətçəkməmişdir". İmam Sadiqdən (ə) belə nəql olunur: "Ən çox bəla çəkən insanlar peyğəmbərlərdir. Onlardan sonra onların canişinləri və ardıcılları, daha sonra isə müvafiq olaraq Allah yanında daha yüksək məqama malik olanlar gəlir". Daha yaxın olanın bəlası daha çox olar.

4048437

Ad:
E-poçt:
* Comment:
captcha