IQNA

Quranda qəlbin mənası və funksiyası

17:44 - June 23, 2022
Xəbər sayı: 3492448
Qurani-Kərimdə həqiqəti dərk etmək qəlbə nisbət verilir. Bir halda ki, bilirik ki, qəlb anlamaq mərkəzi deyil, qan dövranı üçün bədənin bir hissəsidir.

"İQNA", xəbər verir ki, Höccətül-İslam vəl-müslimin Əbdül-Əmir Soltani Quranda qəlbin mənası və funksiyası barədə deyib:

"Qəlb" Quranda müxtəlif mənalarda işlənmişdir. Məsələn, "Qaf" surəsinin 37-ci ayəsində ağıl və dərk mənasında işlənmişdir: "Bu mətləblərdə ağıl və dərrakə sahibləri üçün bir öyüd-nəsihət və xatırlatma vardır".

Bəzən ruh mənasında işlədilib. "Əhzab" surəsinin 10-cu ayəsində buyurulduğu kimi: "Gözlər qorxu ilə dolanda və canlar dodaqlarda olanda".

Həmçinin Ənfal surəsinin 12-ci ayəsində deyildiyi kimi, qəlb hisslərin mərkəzidir. Bu ayədə buyurur: "Həqiqətən, mən kafirlərin qəlbinə qorxu salıram". Yaxud “Ali-İmran” surəsinin 159-cu ayəsində oxuyuruq: "Əgər daşürəkli olsaydın, ətrafından dağılardılar".

İnsan varlığında iki güclü mərkəz var. Birincisi, beyin və sinir sistemi olan anlamaq mərkəzidir. Beləliklə, bizə düşünməli bir şey gələndə onu beynimizlə təhlil etdiyimizi hiss edirik. Halbuki beyin və sinir sistemi əslində ruh üçün alətdir.

İkincisi, sinənin sol tərəfində yerləşən həmin ürək olan duyğu mərkəzidir. Emosional məsələlər ilk olaraq bu mərkəzə təsir edir və ilk qığılcım ürəkdən başlayır. Pis xəbər eşidəndə onun təzyiqini qəlbdə hiss edirik. Yaxşı bir hadisə ilə qarşılaşdığımızda da, təsirini ilk olaraq orada hiss edirik.

Düzdür, "idrak" və "duyğuların əsas mərkəzi insanın ruhudur. Lakin onların fiziki simptomları və reaksiyaları fərqlidir. Başa düşməyin nişanəsi ilk olaraq beyin sistemində aşkar olur. Amma sevgi, düşmənçilik, qorxu, hüzur, sevinc, kədər kimi emosional məsələlərin nişanəsi insan qəlbində yaranır. Belə ki, bunlar yaradılanda biz onların təsirini qəlbimizdə aydın hiss edirik.

Əgər Quranda emosional məsələlər qəlbə (bu xüsusi orqana), əqli məsələlər isə qəlbə (ağıl və ya beyin deməkdir) aid edilirsə, onun dəlili deyildi və bu səhv deyildir. Xüsusi orqan mənasını verən ürək insanın həyatında və yaşamasında mühüm rol oynayır. Belə ki, onun dayanması anı məhvə səbəb olur. Buna görə də, nə maniəsi var ki, fikri və emosional fəaliyyətlər ona aid edilsin.

4047289

Teqlər: Quran ، qəlb ، ruh ، duyğular ، ürək
Ad:
E-poçt:
* Comment:
* :