IQNA

Hudeybiyyə sülhü və İmam Həsənin (ə) sülhünün İslamda rolu

9:56 - June 28, 2022
Xəbər sayı: 3492468
Allah sülh mənbəyidir, şeytan isə düşmənçilik mənbəyidir. Allahın adlarından biri olan "salam" sülh deməkdir. Əgər kimsə Peyğəmbərin (s) diplomatiyasını öyrənmək istəyirsə, Hüdeybiyyə sülhündən başlamalıdır.

"İQNA", xəbər verir ki, Ayətullah Seyyid Mustafa Mühəqqiq Damad İran Sülh Araşdırmaları Elmi Cəmiyyətinin altıncı illik konfransının mətbuat konfransında deyib:

İslamın məqsədlərinə çatmasında Hudeybiyyə sülhünün əhəmiyyəti böyükdür. Əgər Hudeybiyyə sülhü olmasaydı, İslam da olmazdı. Peyğəmbərin (s) diplomatiyasının ən gözəl simalarından biri Hudeybiyyə sülhüdür. Əgər kimsə Peyğəmbərin (s) diplomatiyasını öyrənmək istəyirsə, Hüdeybiyyə sülhündən başlamalıdır.

Maraqlıdır ki, Qurani-Kərimdə bu sülhdən aşkar qələbə təbiri ilə yad olunur. Əsasən Peyğəmbərin (s) məharəti ondan ibarət idi ki, o, Hudeybiyyə sülhü ilə müharibənin qarşısını ala bildi və bu, İslamın gələcəyinin müqəddiməsi idi.

Bu sülh müqaviləsinin mətnini oxusanız, onun nə qədər məharətlə və diplomatik yazıldığını anlayacaqsınız. Hüdeybiyyə sülhü İslamın gələcəyinin müqəddiməsi olduğu kimi, İmam Həsənin (ə) sülhü də şiəliyin qorunub saxlanması, Aşura hərəkatı, İmam Baqir (ə) və İmam Sadiq (ə) məktəbinin təşkil tapması üçün müqəddimə idi.

Biz din müəllimləri olaraq sülh və barışıqdan danışmalıyıq. Biz hər kəsə bir-birinə hörmət etməyi və sadəcə özlərinə baxmamalarını öyrətməliyik. Öz fikrimə hörmət etdiyim qədər başqalarına da fikrinə hörmət etməliyəm. Bu sülh və dostluğu yaymağın müqəddiməsidir.

Tarix göstərir ki, insanlar arasında ilk müharibə şirk zəminində baş vermişdir. Allahın Quranda ən gözəl adı sülh mənasını verən "Salam"dır. Bütün ilahi sifətlər "Salam" sifətinin kölgəsindədir. Salam sülh, dostluq və əmin-amanlıq deməkdir.

Quran buyurur ki, sülh Allahdan, əksi olan düşmənçilik isə şeytandandır. Allah sülh mənbəyidir, şeytan isə düşmənçilik mənbəyidir. Əgər belədirsə, hamımızın üzərinə böyük məsuliyyət düşür və biz cəmiyyətimizi sülhə, dostluğa, barışığa və məhəbbətə doğru aparmalıyıq.

4065290

Teqlər: salam ، sülh ، İslam ، müharibə ، zorakılıq
Ad:
E-poçt:
* Comment:
* :