IQNA

Türkiyə məscidlərində uşaqlar üçün yay Quran dərsləri başlayıb

10:19 - July 03, 2022
Xəbər sayı: 3492493
Türkiyə Diyanət İşləri İdarəsi tələbələr üçün Qurani-Kərim yay dərslərinin açılış mərasimini keçirib.

"İQNA", Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə Diyanət İşləri İdarəsi yüz minlərlə yeniyetmə və gənc iştirakçının iştirakı ilə Türkiyənin hər yerində məscidlərdə uşaq və yeniyetmələr üçün Quran-ı Kərim yay kurslarının başladığını elan edib.

Bu münasibətlə Türkiyənin qərbindəki Manisa şəhərində Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Əli Ərbaşın iştirakı ilə 2022-ci ildə Türkiyədə Qurani-Kərimin yay kurslarının açılış mərasimi keçirilib.

Bu mərasimdə Ərbaş Quranı yer üzündəki ən böyük ilahi möcüzə kimi səciyyələndirərək deyib: "Allah Quranı insanların zülmətdən nura çıxması üçün nazil etmişdir. Bu müqəddəs kitab Allahın ən üstün dini olan İslamın əsas mənbəyidir".

Türkiyə Diyanət İşləri Təşkilatının rəhbəri Peyğəmbərin (s) "Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir" hədisinə istinad edərək deyib: "Qurani-Kərimi əzbərləyəni Uca Allah tərifləyir".

4067230

 

Ad:
E-poçt:
* Comment:
captcha