IQNA

Hindistan məhkəməsi islam əleyhinə olan siyasətçidən üzr istəməsini tələb edib

9:04 - July 04, 2022
Xəbər sayı: 3492498
Hindistanın Ali Məhkəməsi vurğulayıb ki, Hindistanın hakim partiyasının keçmiş sözçüsü Nupur Şarma İslam Peyğəmbərini (s) təhqir etdiyinə görə hamıdan üzr istəməlidir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Hindistanın Ali Məhkəməsi Bharatiya Janata Partiyasının keçmiş sözçüsü Nupur Şarmanı İslam Peyğəmbərini (s) təhqir edərək gərginlik yaratdığını tənqid edərək, hər kəsdən üzr istəməli olduğunu açıqlayıb.

Hindistanın Ali Məhkəməsi verdiyi açıqlamada vurğulayıb ki,  ölkədə baş verənlərə görə yalnız bu adam cavabdehdir. Bu məhkəmə Şarmanın Peyğəmbəri-Əkrəmə (s) ünvanladığı təhqiramiz ifadələrdən sonra televiziyaya çıxmasını və bütün Hindistan xalqından üzr istəməsini istəyib.

4068039

captcha