IQNA

İnsanları Allahın lütfü və mərhəmətinə ümidvar edən ayələr

10:02 - July 05, 2022
Xəbər sayı: 3492507
Allahın lütfü və bağışlaması ilə bağlı bir çox ayə və rəvayətlər vardır ki, Allahın öz bəndələrinin xətalarına və sürüşmələrinə qarşı çox bağışlayan olduğunu göstərir. Bu ayələr və rəvayətlər insanların, xüsusən də möminlərin qəlbində ümidi yaşadır.

"İQNA", xəbər verir ki, Höccətül-islam Rza Heydəri ümidverici ayələr barədə deyib:

Mübarək "Nisa" surəsində eyni məzmunlu iki ayə var: 48 və 116-cı ayə. Hər iki ayənin əvvəli oxşar, davamı isə bir qədər fərqlidir.

"Nisa" surəsinin 48-ci ayəsində açıq şəkildə buyurulur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə, böyük günah etmiş olur". Beləliklə, bütün günahlar bağışlana bilər. Amma Allah şirki bağışlamaz. Amma şirkdən az olan günahlardan günahkar tövbə edərsə, bağışlanar. Başqa ayələrdə, o cümlədən Loğman surəsinin 13-cü ayəsində də buyurur: "Allaha şirk etmə, şübhəsiz ki, şirk böyük günahdır".

Birinci ayə Quranın ən ümidverici ayələrindən biridir. Çünki o, müvəhhid insanları Allahın lütf və rəhmətinə ümidvar edir. Həmçinin ümidlə onlara günahlarının bağışlanmağının mümkün olduğunu söyləyir. Məyusluq təhlükəli bir şeydir və heç vaxt mömində olmamalıdır. Günahların bağışlanmasının səbəbləri müxtəlif ayələrdə bildirilmişdir. Günahların bağışlanmasının ən mühüm səbəbi tövbədir. Tövbə insanın keçmiş günahından qayıtması, gələcəkdə onu təkrarlamaması, əvəzini ödəmək olarsa, əvəzini ödəməəsi üçün həqiqi və əməli bir qərardır.

"Nisa" surəsinin 48-ci ayəsi ilə eyni məzmunda olan başqa bir ayə də eyni mənanın təkrarlandığı 116-cı ayədir: "   Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır".

"Nisa" surəsinin 48-ci ayəsində buyurur: "Kim Allaha şərik qoşarsa, Allaha böyük iftira atmış olar". Bu ayədə isə buyurur: "Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır". Təfsirçilər bu fərq barədə hesab edirlər ki, 48-ci ayədə Allahın nəzərindən böyük şirk günahından bəhs edilir. Halbuki, 116-cı ayədə Allaha şərik qoşmanın zərərlərinin insanlar üçün əvəz olunmaz olduğu bildirilir.

3965416

 

Ad:
E-poçt:
* Comment:
* :