IQNA

Qurban kəsmək, Allah üçün fəda etməyi məşq etməkdir

21:46 - July 09, 2022
Xəbər sayı: 3492527
Qurban kəsmə mərasimində biz Allah üçün qurban kəsmək və qurban etməyi məşq edirik.

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Məhəmməd Suruş Məhəllati Qurban bayramı ilə bağlı bəzi məqamlara toxunaraq, aşağıda oxuyacağınız İslam şəriətində qurban kəsməyin səbəbləri haqqında bəzi məqamlara toxunub:

Heyvanları qurban kəsmək ilə bağlı iki sual verilə bilər. Birincisi, heyvanı kəsmək əxlaqi və ya əxlaqsız hərəkət sayılır? İkincisi, fərz etsək ki, heyvanın ətindən istifadə etmək üçün kəsilməsi əxlaqsızlıq sayılmır, bu əməlin dini cəhəti ola bilərmi?

Birinci bəhsə gəlincə, ona əxlaq məktəbləri cavab verməlidir. Amma dini aspekti olan ikinci sual, xüsusən də İbrahim dinlərində ibadətlərdən biri sayılan qurban kəsmə ənənəsi ilə bağlıdır.

Əllamə Təbatəbai hesab edir ki, şəriət təbiətə və fitrətə uyğun olmalıdır. Beləliklə, canlıların yaradılış sistemində necə qidalandığını görməliyik. Gəlin qanunvericiliyin yaradılışla necə uyğunlaşdığını yoxlayaq.

İnsan həyatının davamı onun vücudunun quruluşuna uyğun qidalanmadan asılıdır. Bu uyğunluğun iki şərti var: Birincisi odur ki, o qidanın zərəri olmasın. İkincisi odur ki, insanlarda nifrət yaratmasın. Ətdən istifadə insanın vücudunun quruluşuna və qidalanmasına uyğundur. Təbiətdə bitkilər, heyvanlar və insanlar bir-biri ilə qidalanırlar. Bu yaradılış sistemində bir əlaqə və davamlılıq vardır. Allah hər bir canlının yeməyini bu sistemdə yerləşdirmişdir.

Qurban kəsmə prinsipi İslamın qoyduğu qaydalardan biri deyil, həqiqətdə, əvvəlki müxtəlif dinlərdə də olub. Amma İslamla ondan əvvəlki dinlər arasında qurban kəsmədə fərqlər var.

İslami qurbanın birinci xüsusiyyəti odur ki, qurban yalnız Uca Allah üçün kəsilməlidir. Ulduzlar, mələklər və insanlar üçün qurban kəsmək İslamda rədd edilir.

İslam iki şeyə çox həssasdır. Bunlardan biri səcdədir. Səcdə Allahdan başqa heç kimə edilməməlidir. İkincisi bu qurbandır. Qurbanın qayəsi yalnız Allahdır. Quran buyurur: "Onların əti və qanı heç vaxt Allaha çatmaz, sizin təqvanız Ona çatar" (Həcc, 37).

İslamın islah etdiyi ikinci məqam o idi ki, onlar tanrılar üçün qurban kəsir, ətini məhv edirdilər. İslam dini qurbanı özünüz yeyiniz və Allaha yaxınlaşmaq niyyəti ilə qurban kəsiniz arqumenti ilə bu əməlin qarşısını aldı.

Şəhid Mütəhhəriyə görə, Allahı razı salan əməl heyvanı kəsmək deyil. Daha doğrusu, heyvanı kəsməklə istəyirik ki, yemək verilsin. Söhbət təkcə heyvanların kəsilməsindən getmir. Allahın razılığı budur ki, insan öz şəxsi və ictimai kamilliyinə çatsın. Təkcə qan tökmək insanın fərdi və ictimai kamilliyinə töhfə vermir.

Digər mühüm məqam ondan ibarətdir ki, heyvanın qurban kəsilməsinin özünə məxsus məsləhəti var. Bəs qurban olmaq üçün necə nümunə göstərmək olar? Cavab budur ki, qurbanlığın xüsusiyyəti fəda olmaqdır. Qurban kəsməkdə biz Allah üçün fəda olmaq və fəda etməyi məşq edirik.

Əsas odur ki, qurban kəsmə zamanı biz özümüzü və bizə aid olanı Allaha qurban verməyə hazırlaşırıq.

Qurbanın iki xüsusiyyəti var, bir tərəfdən fəda olmaq, digər tərəfdən yemək verməkdir. Heç biri digərinin müqəddiməsi deyil, iki bir-birindən ayrı şeylərdir.

3985590

captcha