IQNA

Ələvi ziyarətgahının günbəzi üzərində Qədir-Xum bayrağı dalğalanır

8:10 - July 15, 2022
Xəbər sayı: 3492554
Qədir bayramı ərəfəsində rəsmi mərasimdə Qədir bayrağı Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəminin günbəzi üzərində ucaldılıb.

"İQNA", Astan Ələvi informasiya bürosuna istinadən xəbər verir ki, Ələvi ziyarətgahının günbəzinin üzərində Qədir-Xum həftəsinin başlanması münasibəti ilə "Hər kimi ki, mən onun mövlasıyam, Əli də onun mövlasıdır" ifadəsi yazılmış Qədir-Xum bayrağı dalğalandırılıb.

Quran ayələrinin tilavəti ilə başlayan mərasimdə "Əminullah" ziyarəti oxunub. Həmçinin Müqəddəs Ələvi Astanının surud qrupunun çıxışı olub.

Qədir-Xum bayramı münasibəti ilə Ələvi ziyarətgahında festival keçiriləcək. Bu festivalda elmi konfrans, Astan Ələvinin nəfis əsərlərindən ibarət sərgi, tədqiqat məclisləri, Qədir Muzeyinin açılışı, qadınlar üçün xüsusi Quran məclisləri keçiriləcək.

4070837

captcha