IQNA

Məkkədə zəvvarlar üçün yeni elektron xidmətlərin sərgisi keçirilib

8:57 - July 16, 2022
Xəbər sayı: 3492557
Səudiyyə Ərəbistanı 1443-cü ilin Həcc mövsümündə Beytullah əl-Həram zəvvarlarına göstərilən elektron xidmətləri təqdim etmək və tanıtmaq məqsədilə Məkkə şəhərində sərgi təşkil edib.

"İQNA", "Acil"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi Məkkə şəhərində sərgisi təşkil edib. Burada bu nazirliyin hicri 1443-cü ilin Həcc mövsümündə zəvvarlara xidmət etmək üçün istifadə etdiyi texniki layihələr təqdim olunub.

Səudiyyə Ərəbistanının İslam İşləri Naziri bu sərgini ziyarət edərkən bildirib ki, builki Həcc mövsümündə bütün tərəflər zəvvarlara ən yaxşı xidmət göstərib, öz vəzifələrini ən gözəl şəkildə yerinə yetiriblər.

Bu sərgi Məkkənin Əl-Nəsim məhəlləsində yerləşən Şeraton otelində keçirilir.Bu sərgi bu ayın 20-nə qədər öz işini davam etdirəcək.

Bu sərginin bəzi stendlərində Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin Həcc ziyarəti üçün hazırladığı elektron proqramlar nümayiş etdirilib. Onların arasında 3D Həcc və Ümrə təlimlərinin tətbiqi kabinəsi və elektron kitabxana da var. Bu kitabxananın nadir rəqəmsal əlyazmaları Məkkə kitabxanasının stendində nümayiş etdirilir.

4070953

captcha