"İQNA", "Arab News"-a istinadən xəbər verir ki, iki müqəddəs hərəmin zəvvarlarının ziyarəti üçün Mədinə şəhərində Peyğəmbərin (s) Həyatı və İslam sivilizasiyası beynəlxalq sərgisi və muzeyi yenidən açılıb.
Günün 24 saatı açıq olan bu muzey müxtəlif dillərdə mövcud olan ekranlar və interaktiv ekranlar vasitəsilə İslam Peyğəmbərini tanıtdırır. Bu sərginin xüsusi zalında Hərəmeyn Şərifeynin nadir malları və tarixi əsərləri yer alır.
4071443