"İQNA", bildirir ki, ola bilsin ki, dəfələrlə başımıza gəlib ki, biz nəyisə bütün ciddiyyətimizlə edəcəyimizə söz vermişik və hamıya bunu mütləq edə biləcəyimizi göstərmişik. Amma obu yerinə yetirməyə gəldikdə isə biz bunun öhdəsindən gələ bilməyəcəyimizi görürük. Sözlərlə əməl arasında uzun məsafənin olduğunu müşahidə edirik.
Ona görə də kiməsə söz verməzdən əvvəl ilk növbədə özümüzü sınamaq lazımdır. İşin tərəflərini nəzərə alaraq, onun öhdəsindən gəlib-gələ bilməyəcəyimizi görməliyik.
Əgər insanlar dəfələrlə görsələr ki, biz dediklərimizə əməl etmirik və verdiyimiz sözdən sonra səhlənkarlıq edirik, onlar artıq bizə etibar etməyəcəklər. Haqqımızda deyəcəklər ki, o, "dediyinə əməl etmir". Ona görə də bu sahədə daha diqqətli olmaq lazımdır.
Qurani-Kərim bu barədə "Səf" surəsinin ikinci və üçüncü ayələrində buyurur: "Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar".
Bəziləri söz verə bilər, amma əməl mərhələsində süstləşir və vədlərini yerinə yetirmirlər. Məsələn, İslamın əvvəlindəki bəzi müsəlmanlar deyirdilər ki, yenə müharibə olsa, qaçmayacağıq! Amma növbəti müharibədə yenə qaçırdılar. Yaxud cihadın hökmü gəlməmişdən əvvəl bəziləri deyirdilər ki, əgər ən yaxşı əməlin nə olduğunu bilsək, onu edərik. Lakin cihad əmri nazil olanda onlar vədlərinə əməl etmədilər. Cihadda iştirak etməkdən imtina etdilər. Bu, iddiaları böyük olan, lakin onlara etibar edilməyən bəzi insanlar üçün böyük bir ayıbdır. Çünki onların sözünə əməl etməmək ehtimalı var. Halbuki vədlər və əməllər bir-birinə uyğun olmalıdır.
3173564