IQNA

İmam Əli (ə) İslam hökumətinə rəhbərlik etməyə ən layiqli şəxs idi

16:52 - July 19, 2022
Xəbər sayı: 3492580
Livandakı Quran müəllimi Şeyx Təlal əl-Mismar, Həzrət Əlinin (ə) fəzilətlərinə görə Allah tərəfindən Peyğəmbərin (s) canişinliyinə seçildiyini bildirərək deyib: "İmam Əli (ə) sıradan bir insan deyildi. Əksinə, o, İslam hökumətinin zirvəsinə çatan ən üstün şəxs idi".

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Şeyx Təlal Əl-Mismar, Həzrət Əlinin (ə) fəzilətlərinə görə Allah tərəfindən Peyğəmbərin (s) canişinliyinə seçildiyini bildirərək deyib: "İmam Əli (ə) sıradan bir insan deyildi. Əksinə, o, İslam hökumətinin zirvəsinə çatan ən üstün şəxs idi".

O, Əmirəl-möminin Əlini (ə) vəsf edərək deyib: "Əli (ə) İslamı qəbul edən ilk şəxsdir. Əli (ə) iman baxımından ən dürüst və ən üstünüdür. Əli (ə) insanların ən etibarlısıdır. Əli (ə) Allah qarşısında ən təvazökar insanlardır. Əli (ə) insanların ən yaxşısı, ən şərafətlisi, ən üstünü və ən bəlağətlisidir. Əli (ə) Allah Rəsuluna (s) ən yaxın və bəşəriyyəti hidayət etməkdə ona ən bənzər olanıdır. Əli (ə) əməldə onların ən yaxşısıdır. Əli (ə) ən arif şəxsdir".

Şeyx Təlal Əl-Mismar, daha sonra İmam Əlinin (ə) bir hədisinə işarə edib ki, buyurur: "Mən ətrafımda fırlanan dəyirmanın dirəyiyəm". Yəni Əlinin (ə) yoxluğunda işlər dayanır. Əli (ə) meyar və ölçüdür, ona görə də ümmətin vəlisi və rəhbəridir.

4071674

captcha