IQNA

Ümrə Həccinin yeni mövsümünün başlama tarixi və təfərrüatları açıqlanıb

9:21 - July 24, 2022
Xəbər sayı: 3492601
Məhərrəm ayının birinci günü başlayacaq Ümrə Həccinin yeni mövsümündə 10 milyondan çox zəvvarın Məkkə və Mədinəyə səfər edəcəyi gözlənilir.

"İQNA", "Zaviyə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Milli Həcc və Ziyarət Komitəsinin müavini Hani Əl-Amiri bu ölkənin Həcc və Ümrə Nazirliyi və ümrə xidmətlərinin göstərilməsi ilə bağlı şirkət və ya qurumların ümrəyə müraciət edənlərin sənədlərini nəzərdən keçirəcəklərini açıqlayıb.

Hava limanlarında zəvvarların qəbulu üçün təyid edilmiş şirkətlər, Məkkə və Mədinə şəhərləri daxilində zəvvarların səfərini izləmək üçün təsdiq edilmiş şirkətlər müəyyən edilib.

Əl-Amiri Məhərrəm ayının 1-də Ümrə mövsümünün başlaması ilə zəvvarlar üçün bəzi xidmətlərin aktivləşdiriləcəyini açıqlayıb.

4072517

captcha