"İQNA", "Səbəq"-ə istinadən xəbər verir ki, Məscidül-Həram İşləri Baş Müdirliyi İdarəsi Qurani-Kərimlə üns məclislərinin yaradılması üzrə yay proqramının başladığını elan edib.
Bu idarənin açıqlamasında bildirilir ki, sözügedən proqramlar Məscidül-Həram və Məscidün-Nəbi işləri üzrə rəhbəri Əbdür-Rəhman ibn Əbdüləziz Əl-Sədisin nəzarəti altında keçirilir. Onun müddəti 35 gündür.
Bu proqrama qiraət bacarıqlarının gücləndirilməsi və Quranın əzbərlənməsi ilə bağlı dərslər daxildir. İstəyənlər üçün bu kursun müddətini uzatmaq mümkündür.
4072925