IQNA

Kəbə Məhərrəm ayının 1-də yeni libas geyinəcək

16:10 - July 27, 2022
Xəbər sayı: 3492622
Kəbənin kisvəsi (örtüyü) şənbə günü, Məhərrəm ayının 1-də dəyişdiriləcək.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a xəbər verir ki, bu barədə iki müqəddəs məscidin işləri üzrə Baş İdarəsi məlumat yayıb. Ənənəvi mərasimə 166 texnik və usta qatılacaq. Prosesə şeyx Əbdülrəhman əl-Sudais rəhbərlik edəcək.

Qeyd edək ki, Kəbənin örtüyünü istehsal edən tikiş sexində dünyanın ən uzun paltartikən maşını fəaliyyət göstərir. Onun uzunluğu 16 metr təşkil edir. Bildirək ki, kisvə 670 kq ipəkdən, 120 kq qızıl və 100 kq gümüş sapdan hazırlanır.

Mənbə: islam.az

captcha