IQNA

15:07 - July 30, 2022
Xəbər sayı: 3492638

Yeni qəməri ilinin əvvəlində Kəbənin pərdəsi dəyişdirilib

Məkkədə Allah evinin pərdəsi ilk dəfə hicri təqvimi ilə yeni ilin əvvəlində, Səudiyyə Ərəbistanında Məhərrəm ayının 1-i dünən gecə saatlarında dəyişdirilib.

Yeni qəməri ilinin əvvəlində Kəbənin pərdəsi dəyişdirilib

“İQNA”, “Rusiya Əlyəvm”-a istinadən xəbər verir ki, Məkkədə Beytullahil-Həramın pərdəsi Allah evinə gedən zəvvarların coşqun izdihamı arasında dəyişdirildi.

İlk dəfədir ki, yeni hicri ilinin başlanğıcı ilə eyni vaxtda Kəbənin pərdəsi dəyişdirilir.

Kəbənin pərdəsi hər il həcc mövsümündə və Ərəfə günü səhər Zilhiccə ayının 9-da Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxslərinin iştirakı ilə dəyişdirilir. Amma bu il hicri 1443-cü ilin həcc mövsümünün başlaması ilə eyni vaxtda Səudiyyə Ərəbistanı Kəbənin pərdəsinin dəyişdirilməsi mərasiminin 1444-cü ilin Məhərrəm ayının ilk gününün səhərinə və yeni ilin başlanğıcına təxirə salındığını elan etdi.

4074395

captcha