IQNA

12:55 - August 06, 2022
Xəbər sayı: 3492678

Aşura ərəfəsində Bəhreyn şiələrinə qarşı təzyiqlər artıb

Manama rejimi İmam Hüseynin (ə) Aşura mərasimindən əvvəl bu ölkədə şiələrinə qarşı vəhşiliklə təzyiqləri artırıb.

Aşura ərəfəsində Bəhreyn şiələrinə qarşı təzyiqlər artıb

"İQNA", "Press TV"-yə istinadən xəbər verir ki, bəhreynli sosial media fəalları hakim rejim qüvvələrinin şəhərin küçələrində Aşura anım mərasimi ilə bağlı pankart və bayraqları aşağı çəkdiyini əks etdirən video və şəkillər paylaşıblar.

Bəhreynin şiə icması uzun müddətdir ki, Qərbin dəstəklədiyi rejim tərəfindən ayrı-seçkilikdən şikayətlənir. İnsan haqları təşkilatlarının məlumatına görə, Bəhreyn hakimiyyəti 2011-ci ildə xalq qiyamından və ümummilli etirazlardan sonra cəmiyyətin əksəriyyətinin dini azadlıqlarına ciddi məhdudiyyətlər qoyub.

Bəhreynin məşhur “Cav” həbsxanasının rəhbərliyi yarana biləcək nizamsızlıqları bəhanə edərək məhbusların Məhərrəmlik mərasimini keçirməsinə mane olub.

Bu təzyiqlərə etiraz olaraq məhbuslar həbsxanada dinc şəkildə oturaraq öz otaqlarına qayıtmaqdan imtina ediblər. Həbsxana nəzarətçiləri bu aksiyanın ləğv olunmayacağı təqdirdə güc tətbiq etməklə hədələyiblər.

Xalq Əl-Xəlifə rejiminin hakimiyyətdən əl çəkməsini və bütün bəhreynliləri təmsil edən ədalətli sistemin qurulmasına icazə verməsini istəyir. Bununla belə, Əl-Xəlifə hökuməti müxalifətin istənilən formasını yatırmaq üçün əlindən gələni etdi.

4075834

captcha