IQNA

Uğurlarımın səbəbi İslamın təlimlərinə riayət etməkdir

10:17 - August 13, 2022
Xəbər sayı: 3492713
Almaniyanın "Bavariya" futbol komandasının mərakeşli futbolçusu Nəsir Məzrui deyir ki, İslam dininin göstərişlərinə əməl etmək məni meydanda daha yaxşı çıxış etməyimə səbəb olur.

"İQNA", Bayern Football Worksə istinadən xəbər verir ki, bu yaxınlarda "Bavariya"ya keçən mərakeşli müsəlman oyunçu Nəsir Məzrui hesab edir ki, İslam təlimlərinə riayət etmək onun arzusuna çatmasına kömək edib.

O, deyir ki, İslam mənim həyatda bir nömrəli mövzumdur. Namaz qılmaq mənə çox kömək edir.

Məzrui dindar bir müsəlman olaraq gündə beş vaxt namaz qılır. Bayern Münhendə o, müsəlman komanda yoldaşları, o cümlədən Sadio Mane ilə birlikdə camaat namazı qılır.

Məzrui həmçinin mübarək Ramazan ayında da oruc tutur. Bununla bağlı o, deyib ki, bir çox insanlar bədənlərinin hansı qabiliyyətlərə malik olduğunu bilmirlər. Əgər lazımı qədər iradə olarsa, bədən çox şey edə bilər. Oruc tutmağım performansıma mənfi təsir etmir. Bəzən Ramazanda daha yaxşı performans göstərirəm. Çünki mübarək aydır və imanım mənə güc verir və məni oyun meydanında irəli aparır.

Məzrui və Sadio Mane ilə yanaşı, Bayern Münhenin digər müsəlman oyunçuları da var, o cümlədən alman Camal Musyala və kanadalı müsəlman oyunçu Omar. 2018-ci ildə bu klubun rəsmiləri müsəlman oyunçularına və azarkeşlərinə xidmət etmək üçün Allianz Arenada (bu komandanın stadionu) məscid açıblar.

4077423

captcha