Höccətül-islam vəl-müslimin Kavus Ruhi Bərəndəq, Səhifeyi-Səccadiyyə dərsində bəzi mətləbləri qeyd etmişdir ki, aşağıda oxuyacaqsınız:
Səhifeyi-Səccadiyyənin üçüncü duası mələklər mövzusuna həsr edilmişdir. Mələklər ruhani varlıqlar və bütün maddi və mənəvi məsələlərə nəzarət etmək üçün Allahın vasitəçiləridir. Buyurdu: "İlahi hökmlə yerə düşməsi lazım olan yağış damcısı mələklərin işidir. Bu yağış damcısı harada və nə qədər böyüklükdə düşməlidirsə, onu mələklər edir".
Mələklərdən qəribə və qanadları olan bir məxluq düzəltməyin. Mələklər gözə görünməyən ruhani varlıqlardır. Bəzən insan mələklərin təmsilini görür və bu məsələ Quranda Məryəm (s) məsələsində qeyd olunur. Lakin bu hal təcəssüm deyil, təmsil kateqoriyasına aiddir. Deməli, mələklər bu zəncirdə ilahi vəkil və vasitəçi və üstün vasitəçidirlər. Məsələ Allaha çatana qədər mələklər oradadırlar.
Davamında buyurur: "Yəni bir yerdə külək əsəcəksə, nə qədər və hansı formada baş verərsə, bunu Allah, sonra mələklər edər. Ona görə də müvəhhid olmaq üçün vasitələrə bel bağlamamalıdır. İnsan gərək varlığın həqiqətini, o həqiqətin vasitəçilərini və Allahın vasitəçilərini hər yerdə görsün və daim deməsin ki, filan yoxdursa, işimiz irəli getməyəcək. Belə deyil və Allah başqa yolla işləri düzəldəcək. Deməli, işləri həvalə etmək, təvəkkül, tövhid və Allaha diqqət yetirməyin mənası budur ki, insan Allahı yad edir və istər məxluqat, istərsə də qeyri-məxluqat yolu ilə Allahdan işləri düzəltməsini istəyir.
Digər hissədə isə buyurur: "Allah dağları mələklər vasitəsilə sabit saxlamışdır". Bəziləri deyir ki, cazibə qüvvəsi bu dağları sabit saxlayıb. Biz cazibəni inkar etmirik. Amma məsələ burasındadır ki, bu cazibə qüvvəsinin arxasında mələklər var. Deməli, işləri Allah və mələklər edir. Müvəhhid olmaq üçün Allaha bel bağlamalıyıq.
3964168