IQNA

Oman müftisinin sionist rejimə təzyiq çağırışı

11:05 - November 16, 2025
Xəbər sayı: 3499220
İQNA - Oman müftisi beynəlxalq ictimaiyyət və İslam ölkələrini sionist rejimin Qəzza zolağında atəşkəsi pozmasını dayandırmağa məcbur etmək üçün təzyiq göstərməyə çağırıb.

“İQNA”-nın “əl-Mayadin”ə istinadla verdiyi xəbərə görə, Omanın baş müftisi sosial şəbəkədə yayımladığı mesajda vurğulayıb: “Bəzi ərəb ölkələrinin və digər dövlətlərin iştirakı ilə əldə edilən Qəzza razılaşmasından yayınmağa çalışan sionist rejimin davranışına təəccüblənirik.”

Əhməd əl-Xəlili mesajının davamında əlavə edib: “Biz beynəlxalq ictimaiyyətdən tələb edirik ki, sionist rejimə təzyiq göstərsin və onu Qəzza razılaşmasında öz öhdəliklərindən yayınmağa qoymasın.”

Oman müftisi qeyd edib: “Biz xüsusilə İslam ölkələrini və ümumilikdə onların cəmiyyətlərini dərhal Qəzza zolağındakı qardaş və bacılarını müdafiə etmək üçün ayağa qalxmağa çağırırıq ki, düşmən öz cinayətkar planlarını həyata keçirə bilməsin.”

4317100

captcha