İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, Son günlər İmam Hüseyn (ə) Astanının təmir və mühafizə şöbəsinin texniki və mühəndis qrupları İmam Hüseynin (ə) hərəminin yaxınlığında bir neçə dəmir körpü quraşdırıblar.
Astanın təmir və mühafizə şöbəsinin müdiri "Yusif Əsəd Əl-Səidi"nin sözlərinə görə, ötən illərdə də Ərbəin günlərində bu ərazilərdə quraşdırılan həmin körpülər hərəmin ətrafında cəmiyyətin hərəkətinin yaxşılaşdırılmasına böyük köməklik göstərir.
O əlavə edib: "İmam Hüseyn (ə) Astanının təmir və mühafizə bölməsi Ərbəin ziyarəti zamanı İmam Hüseynin (ə) və onun qardaşı Əbül-Fəzlil Abbasın zəvvarlarına ən yaxşı xidmətlərin göstərilməsi üçün tam plan hazırlayıb".