IQNA

İmam Hüseynin (ə) səhabələri

2:40 - September 01, 2022
Xəbər sayı: 3492842
Kərbəla hadisəsinin çoxlu dərsləri var. Haqq ilə batil arasındakı bu cəbhədə insanların seçim və davranışları baxımından şəxsiyyətinin üzə çıxdığı bir vəziyyət var idi. Bu insanların bir qrupu İmam Hüseynlə (ə) axıra qədər birlikdə qaldılar.

İmam Hüseyn (ə) Mədinədən Kərbəlaya səfər edərkən müxtəlif insanlarla qarşılaşdı. Birinci qrup bəzi hallarda İmam Hüseynin (ə) onlardan beyətini götürməsinə baxmayaraq əvvəldən axıra qədər onunla birlikdə olanlardır. İmam Hüseyn (ə) buyurur: "Mən öz səhabələrimdən daha üstün və daha yaxşı səhabə tanımıram. Əhli-beytimdən daha fəzilətli bir ailə üzvü tanımıram. Allah onların hamısını mükafatlandırsın".

İmamın səhabələri Müslüm və Qeys ibn Məshərin şəhadət xəbərini eşidən, hətta Hürrün ordusu ilə üz-üzə gələn və sona qədər ixlas və bəsirətlə o həzrətin yanında olanlar idi.

İmam Hüseynin (ə) səhabələrinin mövqeləri fərqli idi. Hürr tövbə etsə də, onun axirətdəki yeri əvvəldən çətinliklərə dözüb İmamın yanında qalanlarla eyni olmaya bilər. Yolda və Kərbəlada Ümmü Vəhəb kimi bəzi insanlar İmamın (ə) ordusuna qoşuldular. Onlar mömin olub nicat tapdılar. Bu onu göstərir ki, insanlar bəsirətli olsaydı, hətta Aşura gününə qədər İmama (ə) qoşula bilərdilər. Lakin bəzi insanlar son anda Ömər Sədin ordusunu tərk edərək İmama (ə) qoşuldular.

Übeydullah ibn Hürr Cofi o şəxsdir ki, İmam (ə) onun çadırına gedib onu dəvət edir. Lakin bu bədbəxt şəxs İmamın dəvətini qəbul etməyib atını təklif edir. Ənəs ibn Haris Kəhli də İmamla üz-üzə qalmamaq üçün Kufəni tərk etmişdi. Lakin Ömər Sədin İmama qarşı dediyi sözləri eşidib İmamın ordusuna qoşuldu. Yezid ibn Nəvid də bəsrəlilərdən idi. Onun 10 oğlu var idi. Onun iki oğlu yolda İmama (ə) qoşuldu.

* İslam tarixi ustadı Höccətül-İslam vəl-müslimin Məhəmməd Rza Cabbarinin “Aşura qiyamı qarşısında çehrələrin tipologiyası” toplantısındakı sözlərindən götürülmüşdür.

4081322

captcha