IQNA

16-cı Mərakeş beynəlxalq Quran müsabiqəsi keçiriləcək

13:12 - September 03, 2022
Xəbər sayı: 3492853
Mərakeşin Vəqf və İslam İşləri Nazirliyi bu ölkənin “6-cı Məhəmməd Mükafatı” adı altında 16-cı beynəlxalq Quran müsabiqəsinin keçirilməsini elan edib.

"İQNA", "Əl-yəvmul-məğribi"-yə istinadən xəbər verir ki, Sentyabrın 27 və 28-də 16-cı Mərakeş Beynəlxalq Quran müsabiqəsi “Kasablanka” şəhərində Qurani-Kərimin əzbərlənməsi, qiraəti, təfsiri və təcvidi üzrə keçiriləcək.

Mərakeş Vəqf Nazirliyi bildirib ki, bu yarışmada ərəb və islam ölkələrindən, müxtəlif Asiya, Afrika və Avropa ölkələrindən bir qrup Quran hafizi və qariləri, həmçinin Mərakeşdən olan nümayəndələr iştirak edəcəklər.

Bu yarışmalar Mərakeşin Vəqf və İslam İşləri Nazirliyinin Allahın Kəlamına xüsusi diqqəti, Qurani-Kərimin əzbərlənməsi, təfsiri və təcvidi istiqamətində və İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə keçirilir.

Bu müsabiqənin açılış mərasimi çərşənbə axşamı, Sentyabrın 27-si səhər yerli vaxtla saat 10:30-da Kasablankadakı 2-ci Həsən məscidinə bağlı Quran məktəbində keçiriləcək.

4082731

captcha