IQNA

Quran məfhumlarının fəlsəfi nəzəriyyələrdə tətbiqi

23:06 - September 05, 2022
Xəbər sayı: 3492872
Quran fəlsəfi bir baxış təqdim edirmi? Bu sual oradan qaynaqlanır ki, Quran vəhy kitabı olaraq, insan həyatı üçün yolgöstərən kimi vəsf olunmuşdur. Digər tərəfdən, fəlsəfə insan həyatı ilə bağlı fundamental suallara cavab verən bəşər elminin növlərindən biridir. Bəs bu ikisi arasında nisbət nədir?

Quran fəlsəfi bir nəzəriyyə təqdim etməyə çalışmır. Quran onların üzərində düşünməklə insanların həyatın mənasını dərk edə biləcəyinə, maddi dünyanın varlığın hamısı deyil, bir parçası olduğunu anlaya biləcəyinə dair işarələr verməyə çalışır.

Quranın məqsədi insanın onlar üzərində düşünərək mənəviyyat və əxlaqa nail ola biləcəyinə işarələr verməkdir. Qurana aid edilən hər hansı bir fəlsəfi baxış, Quran mətni ilə bir və ya bir neçə filosofun təlimlərinin birləşdirilməsi ilə formalaşan baxışdır. Quran fəlsəfi bir nəzəriyyə təqdim etməmişdir. Lakin təfsirçilər, filosoflar və din alimləri həmişə Quran ayələrinin yer aldığı fəlsəfi nəzəriyyələr irəli sürmüş və onları Quranın fəlsəfi nəzəriyyələri kimi təqdim etmişlər.

Bunlardan həmişə nəzəriyyələr düzəltmək olar. Amma problem ondadır ki, bunları Qurana aid etmək olmaz. Çünki nəzəriyyələr köhnəlsə də, Quranın verdiyi işarələr həmişə yenidir və insanları hər an mənəviyyat və əxlaqa yönəldə bilər.

Qurandakı insan vəsflərinin fəlsəfi insanşünaslıqda tətbiqi

Qurani-kərim “Məaric” surəsində buyurulur: “İnsan həris və səbirsiz yaradılmışdır, insana bir pislik üz verdikdə narahat olar, yaxşılıq gəldikdə isə xəsislik edər...”. Bu, bir insanşünaslıq vəsfidir. Həmçinin Qurani-Kərimdə “Ələq” surəsində “İnsan özünü ehtiyacsız görən kimi tüğyan etməyə başlayır” deyir. Bunlar insanşünaslıq vəsfləridir. Amma nəzərə almalıyıq ki, bu vəsflər əxlaq və mənəviyyat kimi eyni iki məqsədə yönəlib.

Quranda insanın tanıtımı, insanın öz güclü və zəif cəhətlərini nəzərə alaraq, qabiliyyət və imkansızlıqlarını düşünərək Allaha iman yolunda addım atmasıdır. Həmçinin qeyri-maddi dünyaya diqqət yetirib öz rəftar və əqidəsini islah etməsidir. Quranın insanşünaslıq vəsfləri istənilən fəlsəfi insanşünaslıq prizmadan təqdim oluna bilər. Lakin Quranın bu vəsfləri ifadə etməkdə məqsədi insan tərbiyəsi istiqamətindədir.

* "İQNA" ilə tədqiqatçı və fəlsəfə müəllimi Əli Məhcurun müsahibəsindən götürülmüşdür.

4074459

captcha