IQNA

İsveç İslam Partiyası Quranın yandırılmasını qadağan etmək üçün səy göstərir

7:18 - September 10, 2022
Xəbər sayı: 3492894
İsveçdə yeni yaradılmış İslam partiyası bu ölkədə Qurani-Kərimin yandırılmasını qanuni olaraq qadağan etməyi planlaşdırır.

"İQNA", "Sputnik News"-a istinadən xəbər verir ki, İsveçdə yeni yaradılmış İslam partiyası ölkədə sentyabrın 11-də keçirilməsi planlaşdırılan qarşıdan gələn seçkilərdə iştirak edəcək.

“Nuance” özünü azlıqların hüquqlarına diqqət yetirən, əsasını müsəlmanlar olan bir partiya kimi təqdim edir. “Nuance” nümayəndələri iddia edirdilər ki, qurulan partiyalar azlıqlara, xüsusilə də müsəlman qruplara etinasız yanaşırlar.

Bu İslam partiyasının lideri Mikael Yükselin sözlərinə görə, Quranın yandırılması bəyanat deyil, birbaşa müsəlmanları hədəf alan bir hərəkətdir.

İsveç hakimiyyətinin müsəlman uşaqları oğurlaması və ailələrindən ayırması ilə bağlı xəbərlər fonunda partiya gəncləri qorumaq qanunu (LVU) üçün çalışır.

4083817

captcha