IQNA

Ərbəin zəvvarlarını qarşılamaqda ikiqat fədakarlıq göstərmək zəruridir

23:00 - September 10, 2022
Xəbər sayı: 3492899
Mərcə-təqlid Ayətullah Müdərrisi İraq xalqı və hökumətindən Ərbəin zəvvarlarını qarşılamaq üçün daha çox fədakarlıq göstərmələrini istəyib.

"İQNA", Ayətullahul-uzma Seyyid Məhəmməd Təqi Müdərrisinin dəftərinə istinadən xəbər verir ki, Ayətullah Müdərrisi İraq xalqı və hökumətindən Allahın lütfü və İmam Hüseynin (ə) izzəti ilə dünyanın ən böyük insan toplantısına çevrilmiş böyük Ərbəin yürüyüşündə daha çox fədakarlıq göstərmələrini istəyib.

Ayətullah Müdərrisi qeyd edib ki, bu ilki proqnozlar İraqın daxilindən və xaricindən Kərbəlaya axın edəcək çoxlu sayda zəvvarın olduğunu göstərir ki, bu da İraq üçün böyük nemətdir. Bu nemətə görə Allaha şükür etməliyik. Çünki bu mərasimin dünya və axirət həyatına təsiri və bərəkəti çoxdur, inşallah.

O, bildirib ki, Ərbəin dünyanın bütün toplantı və mərasimlərindən fərqlidir. Çünki onun uca və insani məqsədləri var. Bu böyük toplantı, ilk növbədə, Uca Allahın rizasını hədəfləyən ilahi bir toplantıdır. Çünki o, insan cəmiyyətini islah etməyə və müharibədən, fitnədən və azğınlıqdan uzaq bir ilahi cəmiyyət formalaşdırmağa çalışır. Ərbəin Uca Allaha təvəkkül etməklə müxtəlif çətinliklərin qarşısında durmaq üçün böyük bir toplantıdır.

Sonda bir daha rəsmi qurumlardan zəvvarlara xidmət və köməklik göstərməkdən çəkinməmələrini və bütün imkanlarından istifadə etmələrini istəyib.

4084604

Oxşar xəbərlər
captcha