IQNA

Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

20:25 - September 13, 2022
Xəbər sayı: 3492917
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Report”-a istinadən bildirir ki, dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

QMİ sədri A.Paşazadə Kasım-Jomart Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Ad:
E-poçt:
* Comment:
captcha