IQNA

Misirdə qadınların rəhbərlik etdiyi Quran məclisəri başlayıb

10:47 - September 18, 2022
Xəbər sayı: 3492940
Misirin Vəqf Nazirliyi Misirin dörd vilayətində Qurani-Kərim hafizi bir neçə qadının rəhbərliyi ilə qadınların Quran məclislərinin başladığını elan edib.

"İQNA", "Qahirə 24"-ə istinadən xəbər verir ki, Misirin Vəqf Nazirliyi Əl-Qərbiyyə, Əl-Mənofiyyə, İsgəndəriyyə və Əl-Şərqiyyə əyalətlərində bir sıra Qurani-Kərim hafizi qadınların rəhbərliyi ilə bir neçə qadın Quran məclislərinin başlandığını elan edib.

Bu proqram Qurani-Kərimin məna və məqsədlərinin düzgün başa düşülməsinin vacibliyini nəzərə alaraq, Misir Vəqflər Nazirliyinin Quran fəaliyyətlərini dəstəkləmək və qadınların cəmiyyətdəki rolunu artırmaq səyləri çərçivəsində həyata keçirilir.

Bu məclislərdə Qurani-Kərimin hafizləri ilə yanaşı təbliğatçılar, qiraətçilər və bir sıra xətib xanımlar da iştirak edir.

4086192

 

captcha