IQNA

Quran tilavəti sənəti / 4

Ustad Menşavinin qiraəti sadə, lakin ürəyə yatan idi

17:23 - September 21, 2022
Xəbər sayı: 3492959
Ustad Məhəmməd Siddiq Menşavi Misirin ən məşhur qiraətçilərindən biridir. Onun qiraətləri sadə, lakin ürəyə yatan və xüsusi idi ki, müxtəlif zövqləri özünə cəlb edə bildi.

Məhəmməd Siddiq Menşavi 1920-ci ildə anadan olub və 1969-cu ildə vəfat edib. Şeyx Menşavi zahid idi və zahid bir ailədə böyüdü. Atası və qardaşları da Quran əhli idilər. Bu ailədə irfani meyllər də var idi. Yəni o, zahid, təqvalı, dünyəvi məsələlərdən uzaq olan və Allah kəlamının mahiyyətinə diqqət yetirən bir şəxs idi. Onun ailəsində bu əməllərin mövcud olduğu bir məktəb hakim idi.

Menşavi müsahibəsində deyir ki, o, əvvəlcə Quranı əzbərləyib. Sonra elm oxumağa başlayıb. Bu üsul Misir ölkəsində yayğın bir üsul idi. Onlar qiraət üsullarını öyrəndikdən sonra təqlid etməyə üz tutdular. Öz bölgələrində geniş yayılmış eyni məktəbi təqlid edir və həmin məktəbin şagirdi olurdular.

Ustad Menşavinin şah əsər sayılan qiraətləri onun 47 yaşında və ölümündən iki il əvvəl olan qiraətlərdir. Əlbəttə ki, ustadın yeniyetməlik dövründən bizə qiraəti çatmayıb və ya çox azdır. Onun qiraətlərinin qeydə alınmamasının səbəblərindən biri də siyasi məsələlər olub. Ustad Menşavi hökumətdən uzaqlaşdı. Bu, onun səsinin yazılmasına əhəmiyyət verilməməsinə səbəb oldu. Bu səbəbdən onun yeniyetməlik və gənclik illərindən qiraətləri çox deyil. Mövcud qiraətlər xalq tərəfindən lentə alınıb. Bunlar da Menşavinin qiraətlərinin keyfiyyətini göstərir.

Mənşəvinin səsi qabaqcıl qiraətçilər arasında ən yaxşı və ən xoş səsdir. Tarixdə belə universallığa malik səs olmayıb. Menşavinin qiraətini dinləyib xoşlamaya bilməzsən. Bütün zövqlər deyir ki, bu səs gözəldir.

Ustad Menşavi böyüdükcə tonal və vokal əsərlər baxımından Quranın sadə qiraətinə keçdi. Yəni qiraətdə sözə daha çox fikir verib, ahəng cəhətinə az diqqət yetirdi. Səs və ahəng baxımından zirvədə idi. Belə deyildi ki, səsindən istifadə edə bilməsin. Bu səbəbdən Menşavi qiraətçilər üçün çox yaxşı bir nümunədir.

Menşavinin forması və şəxsiyyəti ondan bu qədər texnikadan istifadə etməyi tələb edirdi. İrəlilədikcə Quranı daha sadə oxumalı olduğu qənaətinə gəldi. Əlbəttə ki, onun xarakterində belə bir qərar verən hansı təkamülün baş verdiyini bilmirik. Belə deyildi ki, o, heç nə edə bilməsin. Yeri gəlmişkən, çoxlu texniki işlər gördü, Amma bu barədə biz eşitməmişik. Menşavinin qiraətdə xüsusi kombinasiyalar yaratmaq qabiliyyəti var idi.

Ad:
E-poçt:
* Comment:
captcha