IQNA

Quranda adı çəkilən peyğəmbərlər

19:37 - September 21, 2022
Xəbər sayı: 3492961
Rəvayətlərə və hədislərə görə Allah müxtəlif dövrlərdə insanlara doğru yolu göstərmək üçün 124 min peyğəmbər göndərmişdir. Onların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Muhəmməd (s) olmuşdur. Onların içərisindən Qurani-Kərim az sayda peyğəmbərlərin adlarını qeyd etmişdir.

Quranda qeyd olunan peyğəmbərlərin adlarının sayı ilə bağlı təfsirçilər və Quran alimləri arasında qısa fikir ayrılıqları mövcuddur. Bəziləri Quranda 25, bəziləri isə 26 və daha çox peyğəmbərin adının çəkildiyinə inanırlar.

Bu fikir ayrılıqları bəzi şəxsiyyətlərin nübüvvətinə dair tarixi və rəvayət dəqiqliyi və şəffaflığının olmaması ilə bağlıdır. Lakin bəzi təfsirçilər qətiyyətlə 25 peyğəmbəri, bəziləri isə 26 nəfəri vurğulayırlar. Digər saylara daha az diqqət yetirilib.

Amma Quranda 25 ilahi peyğəmbərin adının çəkildiyinə inananlar bu adları qeyd edirlər:

  1. 1. Adəm. 2. İdris. 3. Nuh. 4. Hud. 5. Saleh. 6. Lut. 7. İbrahim. 8. İsmayıl. 9. İshaq. 10. Yə 11. Yusif. 12. Əyyub. 13. Yunis. 14. Şüeyb. 15. Musa. 16. Harun. 17. Davud. 18. Süleyman. 19. İlyas. 20. Əl-Yəsə. 21. Zül-Kifl. 22. Zəkəriyya. 23. Yəhya. 24. İsa. 25. Məhəmməd (s).

Quranda 26 peyğəmbərin adının çəkildiyinə inanan təfsirçilər bu adlara “Üzeyr”i əlavə edirlər. Quranda Tövbə surəsinin 30-cu ayəsində Üzeyir adı ilə bir dəfə qeyd edilmişdir. Bəzi təfsirçilər “Bəqərə” surəsinin 259-cu ayəsinin Üzeyr haqqında olduğunu hesab etmişlər. Üzeyir Əhəmənilər (Haxamanişilər) sülaləsi dövründə yaşayıb. İbrani və yəhudi mətnlərində onun adı Ezra adlanır.

Bəzi təfsirçilər hesab edirlər ki, Üzeyrin peyğəmbər olması aydın deyil. Onların arasında Əllamə Təbatəbaini qeyd etmək olar.

Üzeyrdən əlavə bir neçə təfsirçi Talutun və ya Loğmanın peyğəmbər olduğunu vurğulamışdır.

Talut Yaqub peyğəmbərin (ə) oğlu Binyaminin nəslindən idi. O, çoxlu imkanlara malik idi. Şimon və ya Şmueylin peyğəmbərliyi dövründə israillilər ondan özlərinə bir padşah və əmir seçməyi xahiş etdilər ki, hamısı onun əmri və rəhbərliyi altında düşmənə qarşı vuruşsunlar. Şmueyl də Allahın izni ilə Talutu seçdi: "(İsrail övladının) peyğəmbəri onlara dedi: Allah Talutu sizə padşah göndərdi" (Bəqərə, 247). Buna görə də Talut Bəni-İsrailin ilk padşahıdır. Lakin bəzi insanlar əlamətlərə və həmçinin Allah tərəfindən seçildiyinə görə onu peyğəmbər hesab etmişlər.

Loğman da mütəfəkkir və ariflərdən idi ki, bəziləri onu peyğəmbər sayır. Loğman məşhur əxlaqlı və müdrik şəxsiyyətlərdən idi. Bəziləri onu Ad qəbiləsindən, bəziləri isə Bəni-İsraildən hesab edirlər. Hədislərdə Loğmanın xüsusiyyətləri dərin təfəkkür, iman və yəqin, sükut, əmanətdarlıq, doğruluq və insanların ixtilafını həll etmək kimi zikr edilmişdir. Onun peyğəmbərlik məqamına çatmadığı, lakin qəzavət etməkdə Davud peyğəmbərlə əməkdaşlıq etdiyi bildirilmişdir.

Quranda bəzi peyğəmbərlərin də adları çəkilmədən xatırlanır. O cümlədən "Aşmuel", "Yuşə" və "Xızır".

Ad:
E-poçt:
* Comment:
captcha