“Belpress” saytının məlumatına görə, Fransa daxili işlər naziri Bruno Retayo Şatilon-sur-Sen şəhərində müsəlmanların ibadətgahını yandırmaq cəhdini pisləyib və bu hadisəni “islam əleyhinə qorxaqcasına atılmış addım” kimi xarakterizə edib.
Retayo rəsmi X hesabında yazıb ki, hadisə ötən gecə baş verib. Naməlum şəxslər həmin şəhərdəki müsəlman icmasına məxsus ibadətgahı yandırmağa cəhd göstəriblər. O, bu hadisədən sarsılmış ibadət edən şəxslərlə həmrəylik və həmduyğularını bölüşdüyünü vurğulayıb.
Hadisə Fransada müsəlmanlara qarşı nifrət yayılmasının artması ilə bağlı böyüyən narahatlıqlar fonunda baş verib. Xüsusən də ibadət məkanlarına qarşı şifahi və fiziki hücumlarla bağlı xəbərlərin çoxalması bu məsələni daha da aktuallaşdırıb. Bu isə dini birgəyaşayışın təşviqi və nifrət zəminində törədilən cinayətlərlə mübarizə yolları barədə geniş müzakirələrə səbəb olub.
4300212