“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, BMT baş katibi Antonio Quterreş vurğulayıb: “Qəzza şəhərində hərbi əməliyyatların doğuracağı ölüm və dağıntıların qarşısını almaq üçün dərhal atəşkəsə nail olunması zəruridir. O, həmçinin Həmasın əlində olan girovların qeyd-şərtsiz azad edilməsini də vurğulayıb”.
Yaponiyada keçirilən Afrika inkişafı ilə bağlı beynəlxalq Tokio konfransında iştirak edən BMT baş katibi əlavə edib ki, İsrail rəsmilərinin İordan çayının qərb sahilində E1 adlanan bölgədə 3400-dən çox yaşayış məntəqəsinin inşasını təsdiqləməsi qərarını pisləyir.
BMT baş katibinin sözçüsünün bəyanatında qeyd olunub: “İsrailin İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə həyata keçirdiyi məskunlaşma siyasəti beynəlxalq qanunları pozur və BMT qətnamələri ilə ziddiyyət təşkil edir”.
Bu layihə həmçinin “iki dövlətli həll” üçün bir təhdid və İordan çayının qərb sahilinin şimal və cənub hissələrinin bir-birindən ayrılması kimi qiymətləndirilib.
Qeyd edək ki, İsrail ötən həftə bu məskunlaşma planını elan edib və çərşənbə günü bu rejimin Müdafiə Nazirliyinin Planlaşdırma Komitəsi onun icrasına son təsdiqini verib.
Bununla yanaşı, bu məskunlaşma planı işğal olunmuş İordan çayının qərb sahilinin parçalanmasına və onun Şərqi Qüdsdən ayrılmasına gətirib çıxaracaq.
Fələstin Xarici İşlər Nazirliyi də bildirib ki, bu məskunlaşma siyasəti bölgədə yaşayan fələstinliləri təcrid edir və “iki dövlətli həll”ə nail olma imkanını aradan qaldırır.
4301089