IQNA

Küveyt Beynəlxalq Quran Yarışmasından yeni təfərrüatlar

19:22 - September 27, 2022
Xəbər sayı: 3492987
Küveytin Vəqflər İdarəsinin rəsmisi oktyabrın 12-dən bu ölkədə keçiriləcək Küveytin Qurani-Kərim mükafatı 11-ci beynəlxalq müsabiqəsinin təfərrüatlarını açıqlayıb.

"İQNA", "Əl-Cəridə"-yə istinadən xəbər verir ki, Küveytin Vəqf və İslam İşləri Nazirliyinin İslam Təhsili və Qurani-Kərim Məsələləri üzrə müavini Fəhad Əl-Cənfavi Küveyt Mükafatı 11-ci beynəlxalq müsabiqəsinin təfərrüatlarını açıqlayıb.

Əl-Cənfavi açıqlamasında deyib ki, bu müsabiqə öz xüsusi qaydalarına əsasən oktyabrın 12-də başlayacaq. Bu yarışın fənlərinə Qurani-Kərimi on qiraətlə əzbərləmək daxildir. Bu, Küveyt Beynəlxalq Quran Mükafatı müsabiqəsinin digər beynəlxalq yarışlardan fərqləndirici xüsusiyyətidir.

Küveyt Mükafatı Quran yarışları İslam və Ərəb ümmətini Quran qiraətləri ilə tanış etmək, gəncləri Quranı əzbərləməyə və qiraət elmini öyrənməyə təşviq etmək məqsədi ilə keçirilir.

4087691

Ad:
E-poçt:
* Comment:
captcha