IQNA

Şeyx Yusif Əl-Qərzavi vəfat edib

19:35 - September 27, 2022
Xəbər sayı: 3492988
Dünya Müsəlman Alimləri Birliyinin keçmiş rəhbəri Şeyx Yusif Əl- Qərzavi bazar ertəsi dünyasını dəyişib.

"İQNA", "Əl-Qüds əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyinin keçmiş rəhbəri Şeyx Yusif Əl- Qərzavi bu bazar ertəsi, 26 sentyabr 96 yaşında vəfat edib.

Bu barədə Dünya Müsəlman Alimlər Birliyinin Twitter hesabında məlumat verilib: "İslamın hökmlərini izah etmək və ümməti müdafiə etmək yolunda canını fəda edən Şeyx Yusif əl- Qərzavi Allahın rəhmətinə qovuşdu".

Onun “Əl-Cəzirə” telekanalında yayımlanan “Şəriət və Həyat” proqramının dünya üzrə 40-60 milyon izləyicisi olduğu bildirilir. Əl- Qərzavi 120-dən çox kitab nəşr etdirib. O, həmçinin dini elmlərə verdiyi töhfələrə görə səkkiz beynəlxalq mükafat alıb. O, müasir dövrün ən nüfuzlu İslam alimlərindən biri idi.

4088130

Ad:
E-poçt:
* Comment:
captcha