IQNA

Fransanın sağçı partiyasının lideri bu ölkədən daha çox müsəlmanın çıxarılmasını tələb edib

17:24 - October 05, 2022
Xəbər sayı: 3493030
Fransanın ifratçı sağçı siyasətçisi Marin Le Pen daxili işlər naziri Cerald Daronandan ölkədə daha çox məscidin bağlanmasını istəyib.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, Fransanın BFMTV kanalına müsahibə verən Le Pen, deyib: "Derman bir burada, bir orada məscidi bağlayır. O, Torpağımızda bütün ekstremist məscidləri bağlamalıdır".

Le Pen danışan və təbliğ edən bütün müsəlmanların ölkədən çıxarılmasının vacibliyini vurğulayıb.

Son iki ildə Fransa hökuməti “ekstremizmlə mübarizə” bəhanəsi ilə nəzarətində olan 99 məsciddən 24-nü bağlayıb.

Daxili işlər nazirinin tələbi ilə bir çox məscidlərin bağlanması ilə bağlı hüquqi prosedurlar hələ də davam edir.

4089765

Ad:
E-poçt:
* Comment:
captcha