IQNA

İmam Həsən Əskərinin (ə) təfsirinin mötəbər olmasının dəlilləri

13:57 - October 10, 2022
Xəbər sayı: 3493051
İmam Əskəriyə (ə) aid edilən bir təfsir bizə çatmışdır ki, bəziləri onu mötəbər hesab etmirlər. Amma onun mötəbər olmasını göstərən iki aydın dəlil var.

Qum elmi hövzəsinin ustadlarından Ayətullah Əli Əkbər Seyfi Mazandarani Qurani-Kərimin təfsiri ilə bağlı iclasda İmam Həsən Əskəriyə (ə) aid edilən təfsirin mötəbər olmasının dəlillərini açıqlayıb. Onun müzakirələrindən bir hissəsini diqqətinizə çatdırırıq:

Bizim təfsirdə rəvayət bəhsimiz var. Hər bir rəvayətin sənədlərini araşdırırıq. İmam Əskəriyə (ə) aid edilən bir təfsir bizə çatmışdır ki, "Bəqərə" surəsinin axırına qədər təfsir edilmişdir. Bəziləri bu təfsirin İmam Əskəriyə (ə) aid edilməsinə şübhə ilə yanaşırlar.

Bizim bu təfsirin səhihliyinə əsas dəlilimiz budur ki, bu təfsiri tərtib edən “təfsirçi” kimi tanınan Məhəmməd ibn Qasim Astarabadi adlı şəxsdir. Astarabad — Qorqanda (İranın şimalında) bir rayondur. Bu insan tarixdə etibarlı şəxs kimi tanınır.

Astarabadi özü bu təfsiri İmam bu hədisləri iki ravidən nəql edir ki, onlar da İmam Əskəridən (ə) nəql edirlər. O, bu iki nəfərin adını çəkəndə onların İmamiyyə şiələrindən olduğunu deyir. Bu, bir növ mədhin vəsfidir.

Şeyx Səduqun İmam Əskərinin (ə) təfsirindən rəvayətlərinin çoxluğu

Əsas məsələ budur ki, bu təfsirdə əminlik üçün başqa mühüm amil də var ki, o da mərhum Səduqun bütün kitablarında həmin təfsir kitabından çoxlu hədislər nəql etməsidir. Onun İmam Əskərinin (ə) təfsirindən bu qədər rəvayət nəql etməsi bu kitabın səhihliyini sübut edir.

Mərhum Səduq birinci dərəcəli alimlərdən idi və İmam Əskərinin (ə) yaşadığı dövrə yaxın idi. Səduqun atası isə İmam Əskərinin (ə) ən yaxşı səhabələrindən idi.

Şübhəsiz ki, bu kitabın sənədində nöqsan olsaydı, İmam Əskərinin (ə) dövrünə yaxın olan və hədis elmində mütəxəssis olan Şeyx Səduqun gözündən yayınmazdı. Alınan nəticə budur ki, o, İmam Əskərinin (ə) təfsirinin rəvayətlərinə etimad göstərmiş və ondan çoxlu sitat gətirmişdir. İmam Əskərinin (ə) təfsirin hədislərinin səhih olduğunu göstərən dəlillərdən bəziləri bunlardır və biz öz təfsirimizdə bu hədislərdən istifadə edirik.

4090284

captcha