IQNA

İraqda Peyğəmbərin (s) mövludu ilə bağlı beynəlxalq şeir festivalı keçirilib

20:22 - October 17, 2022
Xəbər sayı: 3493098
Həzrət Əlinin (ə) hərəmində Həzrət Fatimə (s) zalında Həzrət Peyğəmbərin (s) mövludu ilə bağlı beynəlxalq şeir festivalının ilk mərasimi keçirilib.

"İQNA", Həzrət Abbasın (ə) hərəminin informasiya bürosuna istinadən xəbər verir ki, beynəlxalq şeir festivalının açılış mərasimi həzrət Əlinin (ə) hərəminin rəhbəri İsa Əl-Xorsan, Nəcəf Elm hövzəsinin çoxlu sayda ustad və tələbələri, tanınmış din xadimləri, Mübarək ziyarətgahların nümayəndələri, Nəcəf əyalətinin əhalisi və ziyalıları və yazıçıların iştirakı ilə keçirilib.

Bu festival Qurani-Kərimdən ayələrin oxunması ilə açılıb. Sonra həzrət Əlinin (ə) hərəminin rəhbəri çıxış edib. Mərasimin davamında həzrət Əlinin (ə) hərəminin media nümayəndəsi bu festivalın bütün iştirakçılarına, xüsusilə bu mərasimdə müxtəlif ərəb ölkələrindən, eləcə də İraq əyalətlərindən gəlmiş şairlərə təşəkkürünü bildirib. Bu çıxışdan sonra Ələvi hərəminin surud qrupu Peyğəmbəri (s) mədh edən surud oxuyublar.

Bu festivalda iştirak edən şairlər ilkin mərasimdən sonra Peyğəmbəri (s) mədh edən şeirlərini söyləyiblər. Misir, Tunis, eləcə də İraqın Bağdad, Ziqar, Bəsrə, Divaniyyə və Nəcəf vilayətlərindən şairlər öz şeirlərini oxuyublar.

4092183

captcha