"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Sosial media fəalları Hindistanın cənubundakı Telanqana əyalətinin Heydərabad şəhəri yaxınlığındakı tarixi Qutb Şahi məscidinə bir qrup hindu ekstremistinin hücumunu əks etdirən videolar yayıblar.
Hindistanın “Siyasət” qəzetinin yazdığına görə, bu videolarda bir qrup ekstremistin məscidin ətrafındakı hasarın bir hissəsini dağıdıb, sonra isə ona hücum etməsi əks olunub. Onlar öz dini mərasimlərini orada yerinə yetirirlər. Yayılan videolardan birində bir qrup müsəlman arasında məscidin yaxınlığında polisin olması görünüb.
Fəallar və bloggerlər hadisəni pisləyib və polisi Hindistanın tarixi İslam abidələrindən biri olan Qutb Şahi məscidinə hücum edənlərlə əlbir olmaqda ittiham ediblər.
4092809